3 sonuç bulundu
Uygulanan Filtreler
  • Türk Dil Kurumu
  • Dede Gorgud
Yayınlayan Kurumlar
Yayın Yılı

Xalq Epik Yaradıcılığında Təkrarlar

Türk Dünyası Dil ve Edebiyat Dergisi · 2021, Sayı 51 · Sayfa: 157-174 · DOI: 10.24155/tdk.2021.162
Təhkiyyəşünaslıq, narrotologiya müasir ədəbiyyat nəzəriyyələrinin əsas istiqamətlərindən birini təşkil edir. Təhkiyyə, onun elementləri, strukturu, inkişaf dinamikasının tədqiqi və tətbiqi yolu ilə mətnin bir çox spesifik xüsusiyyətlərini araşdırıb müəyyənləşdirmək, onun dərin qatlarına enmək mümkün olur. Nəzəriyyəçilər tərəfindən yazılı ədəbiyyatda təhkiyyənin öyrənilmə mexanizminin əsasən müəyyənləşdirilməsinə baxmayaraq xalq ədəbiyyat mətnlərinin tədqiqində bu nəzəriyyənin inkişafına ehtiyac var. Xalq epik yaradıcılığı özünəməxsus təhkiyyə xüsusiyyətlərinə malikdir. Türk, eləcə də ural-altay xalqlarının mifoloji mətnlərində, əfsanə, nağıl və eposlarda, ümumiyyətlə epik mətndə təkrarlar həm forma, həm də məzmunla bağlı funksiya yerinə yetirən mühüm elementlərdir. Onlar epik yaradıcılıq əsərlərini, söyləyicilik mədəniyyətini səciyyələndirən əsas xüsusiyyətlər sırasına daxildir. İlk baxışda formal təsir bağışlayan təkrarlar epik yaddaşla bağlıdır və başlanğıcını qədim ayinlərdən alır. Bu qədim ayin üsulu ilə dastançılar dinləyicilərin diqqətini cəlb edir, onları təsirdə saxlayırdılar. Məqalədə təkrarların yaranmasının əsas istiamətləri haqda məlumat verilir. Həmin xüsusiyyətin aqlyutinativ dillərin genetik əlamətləri ilə bağlı olması əlaqələndirilib izah olunur. Məsələni əsalandırmaq üçün "Qeser", "Dədə Qorqud", "Maaday-Qara" və s. dastanlardan mümunələr gətirilir. Monqol, türk söyləyicilik sənətində mühüm yer tutan "seqdaralqa", "turelqe" ifaçılıq xüsusiyyətinin əhəmiyyəti və ənənəviliyi araşdırılır.

Dede Gorgud Destanlarının Tarihine Bir Bahış

Türk Dili Araştırmaları Yıllığı - Belleten · 1998, Cilt 46, Sayı 2 · Sayfa: 77-81
Dede Gorgud dastanları müselman oğuzlara aid olmagla yanaşı kökü türklerim islamiyyeti gebul etmelerinden evvelki dövreye gedip çıhır, feget dastanlar Azerbaycanda ve gismen de doğu Anadoluda baş veren hadiselerle son şeklini almışdır, bu da tarihi faktları ve dil husisiyyetlerini de nezere alırsag 11-12.ci esrlerde emele geldiyin sübut edir.

Dede Gorgud Kitabı'nın Dilinde Teşbehler

Türk Dili Araştırmaları Yıllığı - Belleten · 1998, Cilt 46, Sayı 2 · Sayfa: 62-72
Bu yazıda Dede Gorgud Kitabı'nın dilinde teşbehler üzerinde durulmuştur.